Feeds:
Yazılar
Şərhlər

11 Mart: Birinci addım

Çoxu ümid bəslədi. Bəzi cəsurlar küçələrə çıxdılar, tutuldular. Bəzilərin etirazları ancaq virtual aləmdə qaldı. Çoxusu heç dinmədi.

11 Mart lazım idimi? Bu sualı bir neçə gün əvvəl cavablandırdım – hə.

11 Mart düzgün təşkilatlaşdırılmışdırmı? Cavab: indiki təşkilatçıları nəzərə alsaq hə.

Kimsə narazı qaldı ki təşkilatçılar xalqı küçələrə çağırmadılar, nə zaman, nə məkan bildirmədilər, bir növ qətiyyətsizlik güstərdilər.  Bunu iki səbəbi var.  Birincisi,  xaricdə olarkən, onlar bu məsuliyyəti öz üzərilərinə götürməkdən çəkindilər (Vael Qonimın göz yaşları yadınızdadı?). İkincisi də çox bəsit, yer və yaman bilinsəydi, bütün Bakının polisi, daxili qoşunları, habelə paraşütist və vodolazları ora tökülüşəcəydilər. Xaricdə yaşayan təşkilatçılardan indiki vəziyyət üçün düzgün addım atdılar. İlk addımın məhz onlardan gəlməsi xalq oyanışının heç kim tərəfindən mənimsənilməyəçəyinin təminatıdır.

Təşkilatçılar Azərbaycan cəmiyyətində bir qığılcım yaratmağa çalışdılar.  Bunun nə dərəcədə uğurlu olduğunu vaxt göstərəcək.  İndidən isə demək olar ki, etirazların uğurlu nəticəsi üçün onların davamlılığı və lokal təşkilatıa keçid zəruridir.

Gec tez uğur əldə olunacaq və dünən FərqTV-ni dinləyərkən  bunun daha tez baş verəcəyinə olan ümidim artdı.  Belə kütləvi müzakirələri tez-tez təşkil eləmək əla olardı.  Amma aparıcı Həbib Müntəzir gərək oratorluq qabiliyyətini bir az da inkişaf elətdirsin.

Görək sabah Müsavatın mitingində nə olacaq. Və yalnız görməyək, gedək və dəstək olaq!

Advertisements

“İrəli” və stabillik

11 mart: hə ya hə?

İlkin Əlisoy yazır ki internet istifadəçilərin etiraz aksiyasını (11 mart) keçirmək hələ tezdir. Timsah onun arqumentləri ilə razı deyil.

Birincisi, bilmək olmaz ki, vaxt keçdikcə gənclər tərəfindən aksiyaya dəstək artacaq ya azalacaq.

İngilislərdə “momentum” anlayışı var.  Ərəb inqilabları bizim cəmiyyətimizdə də inqilab ruhunu canlandırıb. Bu hisslərdən istifadə etmək lazımdır.

İnternet istifadəçilərinin neçəsinin aksiyada iştirak edib-etməməsini təxmin etmək çətindir.  Timsah təxmin edir ki, event səhifəsində 3.000 yaxud 10.000 adam iştiraklarını təsdiqləsə, gələnlərin sayı çox fərqlənməyəcək.

Əsas da odur ki, onsuzda etiraz edənlərin əksəriyyəti sonradan qoşulanlar olmalıdır.

Nəticə: aksiyanın uğuru ciddi şübhə doğursa da, o baş tutmalıdır. Bu birinci addım ola bilər.  Konfusiy baba da demişkən, hətta ən uzun yol bilə birinci addımla başlanır.

Salam Dünya!

Qara Timsah ürəyindəkilərə dözə biməyib bataqlıqdan dünyaya çıxdı. Demək olar ki doğma bataqlığını daha böyüyü ilə əvəz etdi.

Timsahın adəti dişləməkdir. Ondan başqa bir şey gözləməyin. Və dişləyəndə acıqlanmağa dəyməz.